İranda güclü zəlzələ

iranda-guclu-zelzele
Oxunma sayı: 2881

İranın mərkəzi hissəsində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 1.5 milyon insanın yaşadığı İsfahan şəhərindən 183 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.