Kafedə kişini döyüb xəstəxanalıq etdilər

kafede-kisini-doyub-xestexanaliq-etdiler
Oxunma sayı: 1533

Xaçmazda kafedə dava olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 14-də saat 03 radələrində Xaçmaz rayonu, Xudat səhərində yerləşən kafedə qeydə alınıb.

Ağayev Renat Çingizoviç və qeyriləri aralarında yaranmış mübahisə zamanı Əliyev Azər Bəxtiyar oğlunu döyərək ağır xəsarətlər yetirib. A.Əliyev baş beyin əzilməsi və açıq kəllə beyin travması xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Fakt üzrə Xaçmaz RPŞ-də araşdırma aparılır.