Şahruddin 2 qol buraxdı

sahruddin-2-qol-buraxdi
Oxunma sayı: 6077

Türkiyə Super Liqasında 29-cu turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "Konyaspor"un qonağı olub.

Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. 29 yaşlı qolkiper 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

29 turdan sonra 36 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.