Şakira həbs oluna bilər

sakira-hebs-oluna-biler
Oxunma sayı: 3990

İspaniya məhkəməsi dünyaca məşhur müğənni Şakiraya qarşı 2018-ci ildə saxta gəlir və sərvət vergisinin tutulması ittihamı ilə yeni istintaqa başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məşhur ifaçıya 8 il həbs cəzası istənilir.

Həmçinin, 46 yaşlı müğənninin 2012-2014-cü illər arasında 14,5 milyon avroluq vergi borcu ilə bağlı daha bir iş üzrə ilin sonuna doğru məhkəmə qarşısına çıxacağı gözlənilir.