Şəmkirdə ağır qəza, ölən və xəsarət alan var - Video-Yenilənib

semkirde-agir-qeza-olen-ve-xesaret-alan-var
Oxunma sayı: 2066

Şəmkirdə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı yük maşını digər "Zil" markalı su daşıyan maşına arxadan çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon şöbəsinin xilasediciləri xəsarət almış sürücülərdən birini ağır vəziyyətdə maşından çıxarıb. Sərnişin isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Əliyaqublu kəndi ərazisindəki hadis ilə əlaqədar Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı avtomobilin idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı sudaşıyan avtomobilə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Qəzada vəfat edən şəxsin Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Ceyhun Həsənov, xəsarət alan şəxsin isə 1985-ci il təvəllüdlü Anar Sərdarov olması müəyyənləşib.