Tapılan meyitin kimə məxsus olduğu araşdırılır

tapilan-meyitin-kime-mexsus-oldugu-arasdirilir
Oxunma sayı: 3619

Xəbər verdiyimiz kimi, martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində tanınmaz halda olan naməlum kişi meyiti aşkar edilib.   

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyi onun kimliyi barədə araşdırmalara başlayıb. Meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, çölü isə mavi rəngli parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Yaşı təxminən 30-40 arası, qan qrupu 3+dir.

Şəxsiyyəti istintaqa məlum olmayan, yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xatırladaq ki, onun başqa yerdə qətlə yetirilərək yandırıldığı və sonradan həmin əraziyə atıldığı ehtimal olunur. Qətlə yetirilən şəxsin kimliyi və nə vaxt öldürülməsi hələ ki, bəlli deyil.