Ərəb qadınları alt paltarı satacaq

ereb-qadinlari-alt-paltari-satacaq
Oxunma sayı: 992

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanı Əmək Nazirliyinin verdiyi bir qərarla 4 yanvardan etibarən alt paltarları satan mağazalarda satıcı kimi işləmələrinə icazə verilib.

“Ərəbnyus” qəzetinin bugünkü sayında mövzu ilə bağlı xəbərdə bir çox səudiyyəli qadınla müsahibələrə də yer verilib.

Ölkə daxilində işsiz qadınlara iş tapa bilmək məqsədilə Kral Abdulla tərəfindən atılan bu addımdan sonra alt paltarları satılan yerlərdə ərəb qadınlar rahat alış-veriş etdikləri müəyyən olunub.

Bu vaxta qədər qadınların 75%-i bu tipli mağazalarda çalışmağa başladığı və onların 1000 dollara qədər maaş ala bildikləri xəbər verilir.

Ancaq hələ bəzi qadınların işləməsinə qarşı çıxan ərəb kişilərin də olduğunu bildirən xəbərdə, bir çox kişinin isə həyat yoldaşının belə mağazalarda işləməsindən məmnun olduğu yazılıb.