“Buta Airways” Ufaya birbaşa uçuşlara başlayıb

buta-airways-ufaya-birbasa-ucuslara-baslayib
Oxunma sayı: 1063

Bu gün "Buta Airways" loukost aviaşirkəti Bakıdan Rusiyanın daha bir şəhəri - Ufaya birbaşa uçuşlara başlayıb.

"Qafqazinfo" xəbər verir ki, aviareyslər cümə axşamı və bazar günləri olmaqla həftədə iki gün yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür. İlk uçuşların başlaması münasibətilə Ufa Beynəlxalq Hava Limanında açılış tədbiri keçirilib.

Bildirilib ki, Rusiyaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq.

Günel Hacı