Çində “WhatsApp” da bloklandı

cinde-whatsapp-da-bloklandi
Oxunma sayı: 1079

Çin hökuməti “WhatsApp” messencerini ölkədə bloklayıb.

“Qafqazinfo”nun “The New-York Times”a istinadən verdiyi məlumata görə, bundan öncə ölkədə xidmətin funksiyaları-şəkillərin və digər faylların, eləcə də səsli ismarıcın göndərilməsi müvəqqəti olaraq məhdudlaşdırılmışdı. Lakin bu gün “WhatsApp” ümumilikdə bloklanıb.

Qeyd edək ki, Çində “Facebook” (2009-cu ildən) və “İnstagram” da işləmir.