Məndub nədir?

mendub-nedir
Oxunma sayı: 3495


“Qafqazinfo” xəbər verir ki, ərəb dilindən tərcümədə məndub “bəyənilən, istənilən” mənalarını verir. Əhli-sünnə məzhəbinə görə, fərzdən və vacibdən daha aşağı, sünnətə bərabər tutulan, yaxud ondan da az zəruri olan əmələ deyilir. Məndubları yerinə yetirmək İslamda bəyənilir, Allah tərəfindən mükafatlandırılır, amma kim bu əməlləri etməsə, ona nə cəza düşür, nə də günah qazanır. Göründüyü kimi, bu, cəfəri məzhəbindəki müstəhəb anlayışına uyğundur.