Pərvin sezonu açdı, tənqid edildi - Fotolar

Pərvin sezonu açdı, tənqid edildi
Oxunma sayı: 13758

Yazın gəlişi ilə azərbaycanlı məşhurlar istirahət üçün xarici ölkələrə üz tutmaya başlayıblar. “Qafqazinfo” xəbər verir ki, sezonu açan tanınmışlar siyahısında Pərvin Abıyeva da var. 

27 yaşlı aktrisa tətil üçün Türkiyənin Antalya şəhərinə üz tutub.  O, məşhur otellərin birində istirahət edən zaman fotolar çəkdirib, instaqram səhifəsində paylaşıb. 

Pərvin çimərlik geyimində paylaşdığı şəkillərə “sezonu açdıq” şərhini yazıb. Amma instaqram istifadəçiləri Abıyevanı bu görüntüləri yaydığına peşman edib. Belə ki, hər zaman sosial şəbəkələrdə tənqid olunan aktrisa bu dəfə də müzakirə olunub.  

Aktrisa bunun qarşısını almaq üçün səhifəsində şərh bölməsini bağlamaq qərarına gəlib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi