Xəbər verdiyimiz kimi, ötən gecə Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Hadisə nəticəsində Azərbaycan ərazisində işıqlar sönüb.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar mövzu ilə bağlı sosial şəbəkələrdə paylaşım edib, müzakirə aparıblar. Onlar arasında tanınmış şou -biznes nümayəndələri də var.
Məşhurlar instaqramda maraqlı video paylaşaraq işığın sönməyi barədə şərh yazıblar.
Zaur və Günay Baxşəliyevalar və qızları Dilavər: “Xoşbəxtlik insanın daxili işığındadır. Çox qəribəir, işıqlar sönəndə telefonları kənara atıb bir-birimizə daha yaxın olduq. Demək ki, insanların daxili işığı daha önəmlidir”.
“Bozbaşsh Pichtures”in Şirini, aktyor Nicat Rəhimov isə mövzu ilə bağlı maraqlı video lentə alıb.
Əməkdar artist Abbas Bağırov da instaqramda video paylaşaraq problemin tezliklə aradan qaldırılacağına ümid edib:
“İnşallah bu problem də düzələr. Əsas odur ki, ciddi hadisə baş verməsin”
Əməkdar artist, xanəndə Sevinc Sarıyeva isə Ayın şəklini paylaşıb və belə şərh yazıb: “Allahım, verdiyin nura çox şükür. Əsas odur ki, bu nur sönməsin”.
.jpg)
Müğənni Sevda Yahyayeva isə insanlara müraciət edib: “Yaşadığınız binada liftləri yoxlayın. Baxın, bəlkə kimsə liftə qalıb? Bu isti havada orada uşaqlı və yaşlı insanlar ola bilər. Bu sizə əziyyət verməz, sadəcə insanlığınızı göstərin”
Son xəbərlər
Son Xəbərlər