Stadion “cəhənnəmə” çevrildi - 14 polis yaralandı + Video

Stadion “cəhənnəmə” çevrildi
Oxunma sayı: 2501

Futbol üzrə Mərakeş çempionatında dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Kavkab” və “Raca Kasablanka” arasında baş tutan matçın gedişində ara qarışıb.

Qonaq “Raca Kasablanka”nın fanatları ilə polis əməkdaşları arasında kütləvi toqquşma baş verib. Hadisə nəticəsində 14 polisə xəsarət yetirilib, 65 azarkeş isə həbs olunub. Tribunalarda 2 minə yaxın oturacaq isə qırılıb.

Mərakeş Kral Futbol Federasiyası “Raca Kasablanka” klubuna 50 min dirhəm (4500 dollar) və 2 oyunu azarkeşsiz keçirmək cəzası verib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi