“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda hazırlıq işləri başa çatmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, hazırda qapılara UEFA-nın tələbinə əsasən topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən “Goal line” adlı texnoloji sistem quraşdırılır.
Qeyd edək ki, tarixi matç üçün artıq 15 mindən çox bilet satılıb. Oyun avqustun 15-də saat 20:00-da başlayacaq.




Son xəbərlər
Son Xəbərlər