“Çay, qənd, halva, yuxa, xurma, su və limon…”

cay-qend-halva-yuxa-xurma-su-ve-limon
Oxunma sayı: 3666


Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, rayonda yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan mərasimlərinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanıb: “Son dövrlər Rayon İcra Hakimiyyəti və onun yerlərdəki qrumları tərəfindən ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələbləri əhaliyə çatdırılib. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında təbliğat işləri aparırlar. Bu işin əsas təşəbbüskarı olan Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla keçirdiyi səyyar görüş və qəbullarda ilkin təəssürat artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin məhz ictimai və sosial sifariş olması qənaətini formalaşdırıb”.

Məlumatda bildirilir ki, rayonda yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq edilmir: “Bu məsələdə İslamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir. 

Sevindirici haldır ki, avqustun 15-dən etibarən rayonun bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız keçirirlir. Ehsan süfrələrində verilən çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədə uyğun sayılır”.