Pulsuz domino və loto günahdır?

pulsuz-domino-ve-loto-gunahdir
Oxunma sayı: 8162


“Qafqazinfo” islam.az-a istinadən xəbər verir ki, bu oyunları pulsuz oynamağın maneçiliyi yoxdur inşallah, amma pulla oynamaq olmaz. İslama görə, qumarın hər bir növü haramdır. Pul udub-uduzmaq şərti ilə istər qohumla, istər yad adamla qumar oynamaq günahdır. Oyuna qoyulan pulun miqdarı da rol oynamır, istər bu pul az olsun, istərsə də çox – hökmü eynidir. 

Ümumiyyətlə, İslamda çoxu haram olan hər bir şeyin azı da haramdır. Yaxın qohumlarla xırda puldan loto və ya domino oynayan adamlarda bu, vərdişə çevrilə bilər və gələcəkdə pis sonluqla nəticələnər.