30 yaşlı qadın dəm qazından öldü

30-yasli-qadin-dem-qazindan-oldu
Oxunma sayı: 1838

Zaqatala sakini dəm qazından ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 18 radələrində rayonun Yengiyan kəndində baş verib.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Babayeva Asiyət Natiq qızı yaşadığı evdə hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.