41 yaşlı fermeri “tok” vurub öldürdü

41-yasli-fermeri-tok-vurub-oldurdu
Oxunma sayı: 2778

Masallı rayonunda 41 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Masallı rayonunun Qasımlı kəndi ərazisində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərov özünə məxsus fermanın həyətində iş görərkən dəmir çəpərdə elektrik cərəyanı vurub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Surxay Şahbazov