Həyat yoldaşı Simon Koneckidən boşanan və musiqi karyerasına fasilə verən dünyaca məşhur müğənni Adel tamamilə dəyişib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı sənətçi xeyli çəki atan ulduzlar karvanına qoşulub.
İllər ərzində daha da arıqlayan ifaçı bu dəfə 7 kq çəki atıb. Adelin yeni görüntüsü sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Adel bunun üçün hər hansı bir estetik prosedur keçirməyib. Sadəcə olaraq o, fasiləsiz olaraq pilateslə məşğul olub.

Son xəbərlər
Son Xəbərlər