AFFA-nın baş katibi hakim səhvlərindən və VAR-dan danışdı

affa-nin-bas-katibi-hakim-sehvlerinden-ve-var-dan-danisdi
Oxunma sayı: 1393

AFFA-nın baş katibi Sərxan Hacıyev ötən gün keçirilən “Turan Tovuz” – “Səbail”  (3:1) matçından sonra açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, federasiya rəsmisi bu mövsüm Azərbaycan Premyer Liqasında olan hakim səhvlərindən danışıb: 

“Hər zaman oyunlarla bağlı müzakirələr aparılır. “Turan Tovuz”un “Kəpəz”lə matçından sonra hakimlik müzakirə olunmuşdu. Əlbəttə ki, klub rəhbərliyi ilə də danışırıq. Həmin matçdan sonra Ehtiram Quliyevlə müzakirə etdik. Hakim səhvləri bizi məyus edir. Çalışmalıyıq ki, gələcəkdə belə halların qarşısı alınsın. Aidiyyəti qurumlar bu yöndə iş görürlər”.

S.Hacıyev VAR sistemində verilən yanlış qərarlara da toxunub: “Ümumi danışsaq, VAR sistemi bir çox hallarda özünü doğruldur. Lakin bəzi hallarda qərarlar düzgün verilmir. Əlbəttə ki, bu, bizi məyus edir. Aidiyyəti komitə ilə bu yöndə işlər aparırıq ki, gələcəkdə səhvlərin sayı az olsun”.