“Aİ-dən bununla bağlı real və təcili tədbirlər görməsini gözləyirik”

ai-den-bununla-bagli-real-ve-tecili-tedbirler-gormesini-gozleyirik
Oxunma sayı: 1815

“İran Dəməşqdəki konsulluğuna İsrailin endirdiyi zərbəyə görə Avropa İttifaqından kəskin şəkildə pislənmə, bununla bağlı real və təcili tədbirlər gözləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə telefon danışığında deyib.

Abdullahian həmçinin bir daha İsraili dəstəkləyən ABŞ-nin bölgədə “gərginliyin artmasına görə” tam məsuliyyət daşıdığını qeyd edib.