Aleks Balde üçün mövsüm bitdi

aleks-balde-ucun-movsum-bitdi
Oxunma sayı: 1467

“Barselona”nın futbolçusu Aleks Balde üçün bu mövsüm bitib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı müdafiəçinin kral kubokunun 1/4 finalında ağır zədə alması olub.

Belə ki, oyunçu “Atletik”lə matçda (2:4) aldığı zədəyə görə yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, Balde 2023/24 mövsümündə 28 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.