“Apple” servislərinin işində nasazlıq yaranıb

apple-servislerinin-isinde-nasazliq-yaranib
Oxunma sayı: 971

“Apple”a məxsus bəzi xidmətlərin və “App Store” və “Apple Music”in fəaliyyətində problem yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb.

Bildirilib ki, “Apple Arcade”, “Apple Books”, “Apple Fitness+”, “Apple Sports”, “Apple TV+”, “Podcasts” və digərlər proqramların fəaliyyətində məhdudiyyətlər var. Sonra şirkət xidmətlərin tamamilə bərpa olunduğunu açıqlasa da, problemlər hələ də qalmaqdadır.

Nasazlığın nədən yarandığı barədə məlumat verilməyib.