Avstriya iki rusiyalı diplomatı ölkədən çıxaracaq

avstriya-iki-rusiyali-diplomati-olkeden-cixaracaq
Oxunma sayı: 769

Avstriya Xarici İşlər Nazirliyi Rusiya Səfirliyinin iki əməkdaşına yaxın vaxtlarda ölkədən çıxarılacaqları barədə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Die Presse” nəşri məlumat yayıb.

“Həftənin əvvəlində Avstriya Xarici İşlər Nazirliyi Rusiya Səfirliyinin daha iki diplomatını “diplomatik statuslarına uyğun gəlmədiyinə görə” qovulacaqları barədə xəbərdar edib”, - nəşr yazıb.

Nəşrin məlumatına görə, Rusiya nümayəndələri Avstriyanı gələn həftənin çərşənbə axşamına qədər tərk etməlidirlər.

Həmçinin qeyd olunur ki, 2023-cü ildə Avstriya hökuməti dörd rusiyalı diplomatı ölkədən çıxarıb.