Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

azerbaycan-xin-turkiyeye-bassagligi-verdi
Oxunma sayı: 1711

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - paylaşımda bildirilir.

Qeyd edək ki, hadisə ötən gün Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda baş verib. Sərnişin avtobusu yoldan çıxaraq 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Qəzada 10 nəfər ölüb, 39 nəfər yaralanıb.