“Azeri Light”ın qiyməti 86 dolları ötdü

azeri-lightin-qiymeti-86-dollari-otdu
Oxunma sayı: 858

Dünya bazarlarında “Azeri Ligh” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,3 artaraq 86,16 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.