AZAL-ın Bakıdan Ankaraya uçan təyyarəsində halı pisləşən sərnişin ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “HavaSosyalMedya” portalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə Bakı - Ankara reysini həyata keçirən “Airbus A320” tipli təyyarədə baş verib.
Məlumata görə, halı pisləşən sərnişinə göyərtədəki heyət tərəfindən ilkin yardım göstərilib. Lakin bütün səylərə baxmayaraq, təyyarə endikdən sonra sərnişin ambulansda dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər