Balıq tutmaq istəyən kişini “tok” vurub öldürdü

baliq-tutmaq-isteyen-kisini-tok-vurub-oldurdu
Oxunma sayı: 2028

Lənkəranda 32 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqainfo” xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Xudaverən Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib.

O, balıq tutarkən tilovu yüksək gərginlikli elektrik xəttinə toxunub. X.Əlizadə tok vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov