“Bayer” “Qalatasaray”ın futbolçusu üçün 22 milyon təklif etdi

bayer-qalatasarayin-futbolcusu-ucun-22-milyon-teklif-etdi
Oxunma sayı: 2287

“Qalatasaray” ın mərkəz müdafiəçisi Saşa Boey Almaniya nəhəngi “Bayer”ə transfer ola bilər. “Qafqazinfo” xəbər verir ki, Münhen klubu futbolçuya 4 illik müqavilə təklif edib.

Almanlar bu keçid üçün 22 milyon avro ödəməyə hazırdır, “Qalatasaray” isə bonuslar daxil olmaqla 30 milyon avro istəyir.

Futbolçunun 3 milyon avrodan çox qazanacağı bildirilir.  “Qalatasaray”la “Bayer” arasında isə danışıqlar hələ ki, davam edir.

Razılıq əldə olunarsa, almanlar Boeyi klubun təyyarəsi ilə Münhenə aparacaqlar.

Qeyd edək ki, Türkiyə Superliqasının 22-ci turunda “Qalatasaray”ın öz meydanında “İstanbulspor”u 3:1 hesabı ilə məğlub etdiyi oyunda fransız futboçlu heyətdə olmayıb.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk futbolçunun matçdan əvvəl ayağında ağrı hiss etdiyini və oynaya bilməyəcəyini demişdi.