Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və “Banditizm” məhkəməyə verildi

daxili-isler-nazirliyi-bas-prokurorluq-ve-banditizm-mehkemeye-verildi-
Oxunma sayı: 1131

Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Zülfüqarlı qardaşlarının məhkəməyə müraciət etmələrinin səbəbi ölkəni tək etməzdən əvvəl adıçəkilən hüquq-mühafizə orqanları tərəfindən qanunsuz həbs edilmələridir: «Buna görə qardaşlar Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırıblar. Qardaşlar adıçəkilən hüquq-mühafizə orqanlarından qanunsuz həbsə edilmələri ilə bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Lakin Nərimanov Rayon Məhkəməsi güc qurumlarına qarşı iddia tələblərini rədd edib».

Məlumata görə rayon məhkəməsinin bu qərarından apellyasiya şikayəti verilib və işə hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Toiq Səmədovun sədrliyi ilə baxılır: «Nürəddin və Loğman Zülfüqarlı qardaşlarının şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun icraatında araşdırılır. İyunun 7-də iş üzrə ilkin məhkəmə iclası keçirilib. Hakim prosesi qarşıdakı həftəyə təxirə salıb».