Bir gündə 3 nəfər dəm qazından öldü - Yenilənib

bir-gunde-3-nefer-dem-qazindan-oldu
Oxunma sayı: 3717

Yanvarın 12-də Sabirabadda 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabirabad şəhəri Heydər Həmidov küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Dünən Bakıda da dəm qazından ölüm hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. 1991-ci il təvəllüdlü Turanə Fərman qızı Quliyeva mənzilin hamam otağında olarkən dəm qazından zəhərlənib. Yaxınları xəbər tutduqda artıq T.Quliyevanın vəfat etməsi dəqiqləşib.

Oxşar hadisə yanvarın 12-də Şamaxının Mərzəndiyə kəndində olub. 1956-cı il təvəllüdlü Elxan Əhmədov və həyat yoldaşı Zənfirə Əhmədova yaşadıqları evin həyətindəki hamam otağında qazdan zəhərləniblər. Nəticədə E.Əhmədov ölüb, arvadı isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicəsi davam etdirilir.

Faktlarla bağlı ərazi üzrə rayon prokurorluqlarında araşdırmalar aparılır.