“Biz gəlirik, siz evdə qalın” - İrşad Electronics-dən tənha yaşlılara dəstək

“Biz gəlirik, siz evdə qalın”
Oxunma sayı: 863

“Bizim əlimizdən tutdunuz, yeriməyi, yüyürməyi öyrətdiniz, həyatı öyrətdiniz, insanlığı öyrətdiniz. İndi bizim sizin əlinizdən tutmağımızın vaxtıdır. İndi insanlıq vaxtıdır”, – İrşad Electronics pandemiya dövründə yaşlıların qorunması üçün sosial kampaniyaya bu düşüncə ilə yola çıxdığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, sosial kampaniya 300 nəfər yaşlı tənha insanın gündəlik ehtiyaclarını qarşılamağa yönəlib. Kampaniyanın əhatə etdiyi insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birgə müəyyənləşdirilib.

“Cəmiyyətimizdə yaşca böyük insanlara hər zaman böyük hörmət və qayğı olub. Təbii ki, bu mədəniyyəti də bizə yaşca böyüklərimiz aşılayıb. Üzərimizdə çəkdikləri əziyyəti heç nə ilə ödəyə bilməsək də, sevildiklərini hiss etdirmək üçün hər birimiz səmimi qəlbdən bu aksiyaya qoşulmalıyıq” – şirkət sosial şəbəkədə kampaniya barədə anonsunda qeyd edib.

İrşad Electronics Koronavirusa qarşı Mübarizə Fonduna 30 min manat vəsait köçürməsi ilə yanaşı, ölkə üzrə 30-dan artıq mağazasının fəaliyyətini müvəqqəti dayandırıb, satışların sayt üzərindən elektron qaydada təşkilini və ofis əməkdaşlarının evdən çalışmasını təmin edib, müştərilərinin aprel ayı üzrə kredit ödənişlərini 1 ay ertələyib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi