“Biz insanıq, kiminsə malı deyilik!”

biz-insaniq-kiminse-mali-deyilik
Oxunma sayı: 3045

“ABŞ administrasiyasının rəsmilərinin Qrenlandiyalılara qarşı bəyanatları hörmətsizlikdən xəbər verir”.

“Qafqazinfo”nun EFE agentliyinə istinadən məlumatına görə, bunu Qrenlandiyanın gələcək Baş naziri Yens-Frederik Nilsen deyib.

“Biz insanıq, kiminsə alınacaq malı deyilik. Həmişə əməkdaşlıqdan danışmaq mümkündür, ancaq ilhaqdan danışmaq qəbuledilməzdir. Bu, hörmətsizlik əlamətidir”, - deyə o bildirib.

Nilsen ABŞ dövlət katibi Marko Rubio Qrenlandiyalıların Danimarkadan müstəqillik istəməsi, ABŞ-nin müdaxiləyə və onlara assosiasiya təklif etməyə hazır olması ilə bağlı fikrlərini də şərh edib:

“O, haqlıdır ki, Qrenlandiya Danimarkanın tərkbində olmaq istəmir. Bununla belə, Qrenlandiya da Amerikanın da olmaq istəmir”.