Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsseldə macar həmkarı Peter Siyarto ilə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, onlar son bir neçə həftə ərzində iki dövlət arasında münasibətlərdəki problemlərin aradan qaldırılması üçün bir sıra tədbirlər görüldüyünə inanırlar.
Nazirlər həmçinin ikitərəfli münasibətlərin daha da yaxşılaşacağına ümid etdiklərini bildiriblər.