“Bu, Ukraynaya gizli dəstəyə çevrilməməlidir” - Siyarto

bu-ukraynaya-gizli-desteye-cevrilmemelidir
Oxunma sayı: 1608

“Avropanın yenidən silahlanması Ukraynaya gizli dəstəyə çevrilməməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib:

“Aİ-nin müdafiə qabiliyyətinin artırılması NATO və ya Aİ üzvü olmayan bir ölkənin müdafiə qabiliyyətinə sərmayə qoymaq deyil, əksinə, Aİ-nin müdafiə qabiliyyətini artırmaqdır. Avropanın müdafiəsini gücləndirmək strategiyası Ukraynaya gizli şəkildə silah və maliyyə dəstəyi artırmaq mənasına gəlməməlidir, çünki bu, müharibəni uzadacaq”.