Burak Yılmaz baş məşqçi təyin olundu

burak-yilmaz-bas-mesqci-teyin-olundu
Oxunma sayı: 6089

Türkiyənin “Kayserispor” komandasının yeni baş məşqçisi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Burak Yılmaz gətirilib. Onunla 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, B. Yılmaz bu postda veteran futbolçu Rəcəb Uçarı əvəzləyib.