"Futbol bəlkə yeganə sahədir ki, burada "day-day" keçərli deyil. İdman elə bir şeydir ki, hər kəsin qarşısında obyektiv olaarq bununla məşğul olmalısan. İstedadsız uşağın "day-day"ı olsa belə, 8-9 mlyonluq xalqın qarşısında meydana çıxacaq. Bu zaman "day-day"ın heç bir faydası olmayacaq".
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev AFFA-nın "Facebook" səhifəsində "Sualla zərbə" rubrikası çərçivəsində "Azərbaycanda "day-day"sız, öz istedadı ilə üzə çıxmaq mümkündürmü?" sualını cavablandırarkən deyib. Onun fikrincə, idmanda "day-day"ın önəmi yoxdur: "Bu, Azərbaycanda dolaşan fikirdir ki, day-day"ı olmayan idmançılar istər futbolda, istərsə də başqa sahələrdə nəticə qazana bilmirlər. Sırf idmanda "day-day"ın belə bir önəmi, əhəmiyyəti yoxdur. Yaxşı, peşəkar idmançı olmaq istəyirsənsə, çox çalışmalısan. Sözsüz ki, istedadın olsa, səni hansısa pilləyə gətirib qoyacaq".
Qarayev hazırkı səviyyəyə öz gücünə gəlib çatdığını açıqlayıb: "Haqqımda dəfələrlə deyiblər ki, Qaranın "day-day"ı var. Mən bunu dəfələrlə eşitmişəm. Amma harada doğulmuşam, harada yaşamışam, qohumlarım, tanışlarım kim olub - bu haqda ətraflı məlumat toplamaq çox asan olardı. Mən özümü yaxşı futbolçu saymadığımdan, belə nümunə gətirirəm. Azərbaycanda oynayan bütün futbolçular kasıb ailələrdən çıxanlardır. Milli komandaya nəzər salın: Oyunçular arasında futbolla məşğul olmamışdan öncə yaşayış səviyyələri yaxşı olanlar yoxdur".
Son xəbərlər
Son Xəbərlər