Dünənki yanğın “Qarabağ”a təsir edəcək? - Qurban Qurbanovdan açıqlama

dunenki-yangin-qarabaga-tesir-edecek
Oxunma sayı: 4844

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Azərsun Sənaye Parkı”nda yanğın baş verməsi nəticəsində şirkətə dəyən ziyanın klubun maddi durumuna təsir edib-etməyəcəyi ilə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, “Azərsun”a dəyən zərərin böyük olduğunu, lakin bunun kluba təsir edəcəyinə inanmadığını bildirib:

“Klub rəhbərlərindən Fevzihan Arazla danışdım. Bildiyim qədər şirkətə böyük zərər dəyib. Amma bunu kluba təsir edəcəyinə inanmıram. Bir dəfə demişdim ki, inflyasiya olanda Abdulbari Gözələ təklif etmişdilər klubun büdcəsini azaldıb, şirkətin büdcəsini düzəldək. O, klubun bu məsələlərdən kənar tutulmalı olduğunu bildirmişdi”.

Elsevər Məmmədov