Əbdülfəttah əs-Sisi yenidən Misir Prezidenti seçildi

ebdulfettah-es-sisi-yeniden-misir-prezidenti-secildi
Oxunma sayı: 1388

Əbdülfəttah əs-Sisi yenidən Misir Prezidenti seçilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, 6 il müddətində Misirə rəhbərlik edəcək.

Məlumata görə, Misirin Milli Seçki Komissiyası bu gün dekabrın 10-12-si keçirilən seçkilərin rəsmi nəticələrini açıqlayıb. 

Bildirilir ki, ölkə daxilində və xaricində seçicilərin 89,6 faizi Sisiyə səs verib. 

Xatırladaq ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misirin Prezidenti olub.