Əliyar Ağayev Avropa çempionatının açılış matçında

eliyar-agayev-avropa-cempionatinin-acilis-matcinda
Oxunma sayı: 2273

UEFA FİFA referisi Əliyar Ağayevə təyinat verib. 

“Qafqazinfo” xəbər verir ki, azərbaycanlı FİFA referisi və köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli gənclər arasında (U-21) Avropa çempionatının açılış oyununa təyinat alıblar. Məlumatı AFFA rəsmi saytı vasitəsi ilə ictimaiyyətə açıqlayıb.

Həmçinin oxuyun: В “Банке Республика” начался процесс выдачи компенсации вкладчикам “Günay Bank”

İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsini iki ölkə - Gürcüstan və Rumıniya birlikdə təşkil edir. Yarışa iyulun 8-də Batumi şəhərində keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.