Əlverişsiz hava nə vaxta qədər davam edəcək?

elverissiz-hava-ne-vaxta-qeder-davam-edecek
Oxunma sayı: 9722

"Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraitinin dekabrın 18-i səhərədək davam edəcəyi gözlənilir".

Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Qafqazinfo"ya açıqlamasında deyib.

"17 dekabrdan 18-nə keçən gecə şəhərətrafı bəzi yerlərdə yağışın sulu qarla əvəzlənməsi ehtimalı var. Güclü küləkli hava şəraiti 18-i səhər saatlarından mülayimləşəcək. Bölgələrdə bəzi yerlərdə qar yağacaq. Bəzi yerlərdə yağıntıların instensiv olacağı ehtimalı var", - deyə G. Məmmədova əlavə edib.