Evliliyi 36 saat çəkən Zerrin eks-əri ilə münasibətini bitirməyib

evliliyi-36-saat-ceken-zerrin-eks-eri-ile-munasibetini-bitirmeyib
Oxunma sayı: 1464

Türkiyənin məşhur müğənnisi Zerrin Özer 36 saat evli qalıb boşandığı keçmiş həyat yoldaşı Murad Akıncı barədə gözlənilməz fikirlər səsləndirib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistlərin keçmiş həyat yoldaşı haqqında sualını cavablandıran Özer onunla hələ də görüşdüyü etiraf edib:

“Murad mənim üçün çox dəyərlidir. Sevgimiz qarşılıqlı olaraq davam edir. Arada görüşürük, telefonla danışırıq. Münasibətimiz bitməyib, üçüncü bir şəxs mənə maraqlı deyil. Ona çox dəyər verirəm. Son iki ilimin ən xoşbəxt günlərini və saatlarını Muradla keçirmişəm. Bu səbəbdən görüşməyə davam edirik”.

Xatırladaq ki, Zerrin Özer Murad Akıncı ilə ötən ilin iyununda ailə qurmuşdu. Lakin cütlük Seda adlı qadın Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini bildirəndən sonra boşanmışdı.