Hacı Şahinin dəfn yeri açıqlandı - Yenilənib

haci-sahinin-defn-yeri-aciqlandi
Oxunma sayı: 30342

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.

QMİ-nin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Qafqazinfo”ya bildirib ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçiriləcək.

R.Dadaşovanın sözlərinə görə, Hacı Şahin Həsənlinin uzunsürən xəstəliyi olmayıb: “Dəfn yeri isə ailəsinin qərarına əsasən müəyyən ediləcək”.

***

“Qafqazinfo”nun məlumatına görə, Hacı Şahin Həsənli Yasamal qəbiristanlığının yeni hissəsində dəfn olunacaq. Dəfn mərasimi bu gün saat 16:00-da keçiriləcək.