Həftəyə tıxacla başladıq - Fotolar

hefteye-tixacla-basladiq
Oxunma sayı: 1566

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Hazırda daha çox sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

3. Zərifə Əliyeva küçəsində;

4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

5. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.