HƏMAS rəhbəri israilli girovlarla görüşüb - KİV

hemas-rehberi-israilli-girovlarla-gorusub
Oxunma sayı: 1847

HƏMAS-ın Qəzzadakı rəhbəri Yəhya Sinvarın anklavda olan israilli girovlarla görüşdüyü bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Belə ki, həftə sonu azad edilən israilli girovlardan biri Sinvarın onlarla heç bir aksent olmadan ivrit dilində danışdığını deyib.

Həmçinin Sinvar onlara HƏMAS-ın yanında təhlükəsiz olduqlarını və narahatlığa ehtiyac qalmadığını bildirib.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs daha 2 gün uzadılıb. Atəşkəs çərçivəsində girovların mübadiləsi baş tutacaq.