İldırım vurduğu deyilən şəxs ürəktutmadan ölübmüş - Yenilənib

ildirim-vurdugu-deyilen-sexs-urektutmadan-olubmus
Oxunma sayı: 2626

Şəmkir sakinini ildırım vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bayramlı kəndində qeydə alınıb.

Kənd sakini 1969-cu il təvəllüdlü F. Bağırov ildırım vurması nəticəsində ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

***

Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub. 

Bu barədə yaxınları məlumat verib.

Onun bədən nahiyəsində heç bir yanıq xəsarətləri aşkar edilməyib.

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ilkin olaraq ildırım vurmadan öldüyü ehtimal olunurdu.

Yunis Quliyev