İrem bu sevgilisindən də ayrıldı

irem-bu-sevgilisinden-de-ayrildi
Oxunma sayı: 1094

Türkiyəli müğənni İrem Dericinin bir aydır ki, eşq yaşadığı rəqqası Ataberk Özdene ilə ayrıldığı iddia olunub. 

“Qafazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Bildirilib ki, cütlük bir neçə gündür münasibətlərinə son qoyub. Hətta İrem Ataberklə olan şəkillərini instaqram səhifəsindən silib. Heç bir tərəf mövzu barədə açıqlama verməyib. 

Bu məqamda bildirək ki, Ataberk sosial şəbəkə fenomeni Gökçe Yıldırımla sevgili olmuş, ona İremlə xəyanət etmişdi. Bir neçə gün sonra isə müğənni ilə rəqqasın sevgili olması barədə xəbərlər yayılmışdı. 

Xatırladaq ki, Derici Ataberkdən əvvəl gənc ifaçı Genco Ecerlə bir neçə həftəlik eşq yaşamışdı.