Klopp Salahı tənqid edənlərə cavab verdi

klopp-salahi-tenqid-edenlere-cavab-verdi
Oxunma sayı: 10806

Misir yığmasının düşərgəsində zədələnərək İngiltərəyə qayıdan Mohamed Salah tənqid hədəfinə çevrilib. “Qafqazinfo” xəbər verir ki, həmyerliləri onun yığmada istənilən səviyyədə oynamadığına görə qınayır.

Azarkeşlər bildirir ki, Salah “Liverpul”a daha çox diqqət ayırır. İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp isə futbolçusunun müdafiəsinə qalxaraq tənqidçilərə cavab verib: “Həm misirlilər, həm də biz onun daha tez sağalmasını istəyirik. Önəmli oyunçudur və tez sağalması lazımdır. Salah hər zaman əlindən gələnin ən yaxşısını edir. Afrikada qalsaydı, müalicəsi uzun sürə bilərdi. Bu səbəbdən onu İngiltərəyə gətirdik. Salahı milli komandadan uzaq tutmaq niyyətimiz yoxdur, daha operativ tibbi müdaxilə gərəkli olduğu üçün belə etdik”.

Klopp bütün bunların razılaşdırıldığını bildirib: “Hər iki tərəf bunu qəbul edib. Onun tez bir zamanda sağalmasını istəyirik. Salah formada olarsa və Misir Afrika Millətlər Kubokunda finala yüksələrsə, futbolçu da orada olacaq”.