Koronavirusla bağlı səsyazısı yayanlar danışdı - Video

koronavirusla-bagli-sesyazisi-yayanlar-danisdi
Oxunma sayı: 7388

Sosial şəbəkələrdə Lənkəran şəhərində koronavirusa yoluxmuş şəxslərin olması ilə bağlı səsyazısı yayanlar saxlanılıb.

“Qafqazinfo” Real TV-yə istinadən xəbər verir ki, səsləri sosial şəbəkələrdə yayılan Lənkəran şəhər sakini Seymur Fətullayev və Şəhər Mərkəzi Xəstəxanasının həkimi Fərid Rüstəmov etiraf edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onlar öz aralarında zarafat edib və bu, ciddiyə alınaraq sosial şəbəkələrdə yayılmağa başlayıb. Şəhər sakinləri etdiyi əməldən peşman olduqlarını bildiriblər.

S. Fətullayev bildirib ki, dostlarına zarafat üçün atdığı səsyazısı bir müddət sonra yayılmağa başlayıb və qarşısını almaq mümkün olmayıb:

“Xəstəlik barədə ordan-burdan eşitdik. Fərid həkimə zəng vurdum, o da dedi ki, hə, belə bir şey var. Mən də zarafata qrupa səs atdım və sonradan həmin səs yayıldı”.