Litva Rusiya ilə sərhədi bağlamaqdan imtina etdi

litva-rusiya-ile-serhedi-baglamaqdan-imtina-etdi
Oxunma sayı: 3033

Litva Rusiya ilə sərhədi bağlamaqdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Litvanın daxili işlər naziri Aqne Bilotaite deyib.

O, Finlandiyanın addımını təkrarlamağa ehtiyac görmədiyini bildirib:

“Vəziyyəti izləyirik və dəyişiklik olarsa, reaksiya verəcəyik”.

Qeyd edək ki, bundan öncə Finlandiya Rusiya ilə sərhəd keçid-məntəqələrini bağlayıb.